ASİF HACILI
Asif Abbas oğlu Hacıyev (Асиф Аббас оглы Гаджиев)

Şurəddin Qarapapaq

 
“Qəribəm bu vətəndə”

         Bakının “Gənclik” nəşriyyatı Asif Hacılının “Qəribəm bu vətəndə...” kitabını çapdan buraxıb. Zəngin folklor materialları və etnoqrafik örnəklər, nadir arxiv sənədləri əsasında yazılmış bu kitabda Axısqa türklərinin özünəməxsus etnik mədəniyyəti, tarixi, milli siması, adət və mərasimləri təsvir, şərh olunur, xalq sənətindən nümunələr verilr.
         Əzizimiz Asif! Kitabını görəndə qəlbimi qürur hissi və belə bir qeyrət işinə girişdiyin üçün sənə minnətdarlıq duyğuları bürüdü.
         Hey düşünürdüm ki, dünyada ən böyük dərd vətənin ola-ola vətənsiz qalmaq dərdidir. Axısqa türklərinin taleyinə məhz belə bir ağır dərd yazılıb. Və bir sual məni həmişə narahat edirdi ki, görəsən onların bu dərdini qələmə alan tapılacaqmı? Sən buna ürək qızdırıbsan.
         Kitabını bir soluğa oxudum və axıra çıxanda sənin öz əziyyətlərindən sonra keçirdiyin sevinc hisslərini mən də yaşadım.
         Açığını deyim ki, bu türk soylarının tarixi, taleyi, kimliyi barədə ilk dəfə bu kitabda ağıllı, məntiqli mülahizələrə rast gəldim.
         Kitabın “Tarixin yaddaşı” adlı fəslini heyrətsiz oxumaq olmur. Burada bu yerlərin son dövr taleyini, yurdun coğrafi durumunu, etnoqrafiyasını, maddi  mədəniyyətini, mənəviyyatını, xalq sənətini danılmaz sənədlər, faktlar, dəyərli örnəklər əsasında tədqiq edib bizlərə çatdırırsan.
         Sən yazdığın kimi, erməni tələsinə, şovinist qüvvələrinin təzyiqlərinə tuş olmuş, taleyin bütün acılarını dadmış bu zavallıların ölçülməz dərdi, xatirələri, söhbətləri dünyanın ən qəmli əsərlərindən də qəmlidir, onların taleyini düşünəndə adamın bağrının başı göynəyir. Eləcə də kitabdakı:
   
Qəribəm bu vətəndə,
 
Qərib quşlar ötəndə,
 
Gövlüm göyərçin oldu,
 
Durmuyer yad vətəndə, –  
   
kimi qürbət, həsrət mahnılarını ciyərlərimizə çəkdikcə də qovruluruq. Və təsəllimiz o olur ki, dərdimiz tarixləşir, sabaha görk üçün.
                                                     Şurəddin Qarapapaq  
“Gürcüstan” qəzeti, 17 sentyabr 1993

 
Məmmədli Ş. B.
 
Azərbaycan ədəbiyyatının Borçalı qolu (1920-ci ilə qədər).
 Monoqrafiya. Tbilisi: Kolori, 2003, s.14
 
 Birinci yöndə Borçalı kökənli ziyalılar məşhur pedaqoq Əlyar Qarabağlının, Bakıda pedaqoji institutda müəllim işləmiş Abbas Kirəclinin, uzun illər Tiflisdə dövlət pedaqoji institutunun müəllimi olmuş Ziya Borçalının toplama və ilk elmi tədqiq xidmətlərini ehtiramla yada salmalıyıq və bu sahədə çağdaş alimlərdən Əflatun Saraçlı, Asif Hacılı, Vahid Ömərli, Valeh Hacıyev, Elxan Məmmədli, Razim Məmmədli, İsmayıl Ömərov, Mədəd Çobanov, Müşfiq Çobanlı, Məmməd Sarvan, Əsəd Əliyev, Şahbaz Şamıoğlu, Tinatin Məmmədova və başqalarının araşdırmaları təqdirəlayiqdir.
Bunlardan əlavə, Salman Mümtaz, Həmid Araslı, Əziz Şərif, Kamal Talıbzadə, Mehdi Rzəvi, Əzizə Cəfərzadə, Bəxtiyar Vahabzadə, Dilarə Əliyeva, Şamil Qurbanov, Abbas Hacıyev, Adil Mişiyev, Məhməd Fahrəddin Kırzıoğlu, Ənsar Aslan, Orhan Yeniaras, Əlyar Səfərli, Nizami Cəfərov, Məhyəddin Sultanov, Süleyman Süleymanlı, Həmid Vəliyev, Vəli Osmanlı, Abbas Abdulla, Hüseynqulu Məmmədli, Qoça Caparidze, Mürsəl Həkimov, Sədnik Paşayev, Məhərrəm Qasımlı, Azad Ozan, Arif Əmrahoğlu, İbadət Rüstəmov, Sevil Mehdiyeva, Qəşəm Vəliyev, Salidə Şərifova, Rəşid Faxralı, Əzim İsmayıllı, Bəhram Mehdi, Əli Şamilov, Xətayə Rüstəmova, Azadə Taleh, Pərviz Kazımoğlu, Fərhad Xubanov, Nəriman Əbdülrəhmanlı, Səməndər Alməmmədli, Əbdüləli İbrahimsoy, Kamandar Eyvazlı, Mahal Qacar, Yaşar Kalafat, Səmra Alyılmaz və başqa müəlliflərin də mövzuyla ilgili, ayrı-ayrı ədəbi simaların həyat-yaradıcılıqları, ayrı-ayrı bədii örnəklər haqqında məqalələri, qeydləri, mülahizələri var və onlar bu əsərdə gəldikcə elmi təhlilə cəlb edilirlər.
http://ebooks.preslib.az/pdfbooks/azbooks/azedborch.pdf

ÂŞIK ŞENLİK BABA VE BORÇALI - Prof. Dr. Şureddin MEMMEDLİ
…Belirli zaman kesimlerinde Borçalı mahallinden göceden saz-söz adamlarının Borçalı saz geleneklerini, sanat unsurlarını kendileriyle taşıyarak yaydıkları dolayısıyla Ahıska'nın da, Kars'ın da, Urmiye'nin de Karapapak âşık ortamları Borçalı sazı tarzı üzerinde köklenmişlerdi. Ahmet Caferoğlu, Mehmet Fahrettin Kırzıoğlu, Yaşar Kalafat, Orhan Yeniaras, Selahattin Dündar, Haydar Çetinkaya, Salih Yılmaz ve başkalarının Türkiye'de Çıldır, Kars, Erzurum, Anadolu çevrelerinden [4; 18; 19; 30; 6], Mehdi Rzevi'nin, İsa Yegâne’nin İran'da Sulduz'dan [28], Valeh Hacılar'ın, Asıf Hacılı'nın Ahıska'dan [14; 12; 11; 10] derledikleri sözlü, yazılı edebiyat örnekleri fikrimize destektir.
TURANSAM. YIL: 1 SAYI: 1 KIŞ 2009, s. 28
http://www.turansam.org/TURAN-SAM_1.pdf

 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol