Ahıska türklərinin sürgün folkloru
Asif Hacılı. Ahıska türklərinin sürgün folkloru. Bakı, “Mütərcim”, 2014
Kitabda 1944-cü ildə vətənlərindən sürgün edilmiş və hələ də doğma ocaqlarına qaytarılmamış Ahıska türklərinin sürgün faciəsinin tarixi şərh edilir, yurd həsrətini ifadə edən folklor mətnlərindən və ədəbi əsərlərdən nümunələr təqdim olunur.
Arxa qapaq yazısı

«...Gövlüm göyərçin oldi, durmiyer yad vətəndə» – deyən Axısqa türklərinin sürgün folkloru türk dünyasının faciəli günlərinin yadigarıdır, türk ruhunun ölməzliyinə abidədir. Qəhrəman bir xalqın ağrıları, dəyanət və ümidləriylə dolu bu folklor ümumtürk mədəniyyətinin şanlı və mənalı səhifələrindəndir
Elimnən, yurdumnan oldum dərbədər,
Hani bənim məmləkətim, elim yar!
«YaralıMahmud»dan
Qəribəm bu vətəndə,
Qərib quşlar ötəndə.
Gövlüm göyərçin oldi,
Durmiyer yad vətəndə.
Axısqa manisi
Nerdə kaldi o Zediban dərəsi?
Eşidilməz suların şərşərəsi,
Yeşil, gözəl Azqurumun meşəsi,
Gəl dönəlim o yerlərə, arkadaş!..
Axısqa türkülərindən