ASİF HACILI
Asif Abbas oğlu Hacıyev (Асиф Аббас оглы Гаджиев)

Sevnc Bağırova

Sevinc Bağırova

Rus alim və tədqiqatcilarin, ədəbiyyatşunaslarin Islam dini haqqinda fikirləri, rəy və mülahizələri
Filologiya məsələləri, № 15 2017
http://www.filologiyameseleleri.net/pdf/2017/n15.pdf


Umumiyyətlə rus ədəbiyyatında şərq-islam motivləri, “Qurani-Kərim”in rus ədəbiyyatına təsiri ciddi elmi tədqiqat movzusudur. Bu baxımdan tanınmış ədəbiyyatşunas professor Asif Hacılının 2009-cu ildə nəşr olunmuş “Qurani-Kərim” rus ədəbiyyatında” adlı kitabını cox qiymətli mənbə hesab etmək olar. Kitabın elmi redaktoru professor Kamal Abdulla kitaba yazdığı on sozdə bu sahənin nə qədər aktual və lazımlı olduğunu vurğulayır:“Əlbəttə ki islama digər dinlərin zəka, elm, sənət numayəndələrinin ehtiramını, islamı dəyərlər ətrafında mənəvi-fəlsəfi axtarışlarını bilmək və xatırlamaq zəruridir . Bu baxımdan, tarixən musəlmanlarla mənəvi, coğrafi təmasda olmuş rusiyalı gorkəmli alim və sənətkarların, yazıcı və şairlərin islama diqqət və sayqısı boyuk maraq kəsb edir. “And olsun cutə və təkə\And olsun qılınca və haqq doyuşə,\And olsun dan ulduzuna,\And olsun axşam namazına.”(A.Puşkin), “Hey şirin Quranı oxumuşam mən,\ gizli mağarada, didərginlikdə” (A.Puşkin), “Ya Məhəmməd! mujdə\Palma ağacı kimi yetişəcək. Bunu eşidib, sənin xalqın\Qoy yeni guclə mohkəmlənsin!” (A.Q. Rotcev),“...Hər şeyi bilənə gizlin aşkardır..” (Manassein), “...lutfən mənə xeyirxah musəlman kimi baxın” (L.Tolstoy), “Allahdan başqa Allah yox! \ Sirdən guclu guc yoxdur! (İ.Bunin) – rus ədəbiyyatının məşhur simalarının qələmə aldıqları bu fikirlər onların ciddi şəkildə“Qurani-Kərim”dən təsirləndiklərini, islam təfəkkurunə bələd olduqlarını gostərir. Rusiya bu gun də Şərqə, xususilə islam Şərqinə ciddi şəkildə maraq gostərir. Eyni zamanda Rusiya ərazisində musəlmanların sayının artması, islam dininə aid kitabların cap olunmasının genişlənməsi onu gostərir ki, Rusiya ozu bu məsələdə maraqlıdır. Duşunurəm ki, nəinki rus ədəbiyyatında, umumiyyətlə dunya ədəbiyyatında islam, şərq, “Qurani-Kərim” motivlərini araşdırmaqda boyuk fayda var. Artıq bu sirr deyil ki, İslami duşuncə və “Qurani-Kərim” faktoru dunya ədəbiyyatına ciddi şəkildə təsir edib. Professor Asif Hacılının “Qurani-Kərim” rus ədəbiyyatında” kitabı rus ədəbiyyatını dərindən anlamaq, rus fikrinə, təfəkkurunə dərindən bələd olmaq ucun qiymətli vəsaitdir. Eyni zamanda gənc tədqiqatcılar və ədəbiyyatşunaslar
ucun əvəzsiz mənbədir.


Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol