ASİF HACILI
Asif Abbas oğlu Hacıyev (Асиф Аббас оглы Гаджиев)

Tehran Əlişanoğlu

 
Tehran Əlişanoğlu:
“Müharibə əsərlərində Tolstoy yoxdu”

http://www.kulis.az/news/4129
2013
 
Rusiyada və Moskvada isə proses tamam başqa cür idi, rus tənqidçiləri Qərb məktəbini mənimsəmiş, onunla ayaqlaşırdılar. Məsələn, Rusiyada Baxtin kimi tənqidçi vardı və ya 20-30-cu illərdə Rusiyada mövcud olan formalist məktəbi indinin özündə də dünyada məşhurdu. XX əsrdə Qərbdə strukturalizm, ekzistensializm, modernizm və ya ondan sonrakı postmodernizm mərhələsi başlamışdı. Bizim tənqid bu sahədə gecikmişdi və yalnız 70-80-cı illərin tənqidində dilçi tənqidçilərin nümunəsində və yaxud ədəbiyyatşünaslıqdan gəlmə tənqidçilər Arif Əmrahoğlu, Asif Hacılının timsalında Qərblə ayaqlaşma başladı. Yəni, artıq 70-80-cı illərdən dünya ədəbi prosesi ilə ayaqlaşma başladı, mən bu illəri bizdə milli modernizmin yaranması kimi təqdim edirəm.
        Sovet çərçivələrindən tamam kənar, onun təsirlərindən də kənar bir ədəbiyyat yaranmağa başladı. Bu proses də imperiyanın daxilindəki şəraitə köklənmişdi, birdən-birə imperiyanın dağılması, yeni tarixi situasiyaya düşməyimiz, müstəqilliyin əldə olunmasının çətinlikləri, savaş prosesi, cəmiyyət quruculuğu, elmi prosesləri yarımçıq qoydu.



2018-ci il: ədəbi tənqid refleksləri... - Müxbir üzvün qeydləri -
Tehran ƏLİŞANOĞLU yazır // Ədəbiyyat qəzeti / 01.07.2019//

Bizim bugün nəzəriyyə sahəsində effektiv çalışan Qorxmaz Quliyev, Asif Hacılı, Ülviyyə Rəhimova kimi ədəbiyyatşünaslarımız var, Qərb nəzəriyyələrini ədəbi prosesin ixtiyarına verən çalışmaları ədəbi tənqid haqqında xətti təsəvvürləri də (ədəbiyyatşünalığın üç ölçüsü və üç tərkib hissəsi) alt-üst etməyə kömək edir. Ötən il Qorxmaz Quliyevin "Ədəbi cərəyanlar və istiqamətlər" (Bakı, AU, 2018) və Asif Hacılının "XX əsr ədəbi düşüncələr tarixi (xatirələr, manifestlər, konsepsiyalar)" (Bakı, AU, 2018) kitabları bu zəmini daha da möhkəmlətdi; bu məqamı da buraxaq nəzəriyyəçilərin ixtiyarına.
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol