ASİF HACILI
Asif Abbas oğlu Hacıyev (Асиф Аббас оглы Гаджиев)

Vaqif Vəliyev

 
Asif Abbas oğlu Hacıyevin “Epik folklor ənənəsi və 60-80-ci illər Azərbaycan sovet nəsrinin poetik xüsusiyyətləri” mövzusunda filologiya elmləri namizədi
 
alimlik dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiyaya
 
 
Rəy
 
         ...Azərbaycan ədəbiyyatşünaslığında folklor və yazılı ədəbiyyatın qarşılıqlı əlaqəsi probleminə həsr olunan doktorluq və namizədlik dissertasiyalarının sayı o qədər də çox deyildir. Həm də bu problemə dair ilk namizədlik dissertasiyası vur-tut qirx il bundan əvvəl yazılsa da, sırf folklorşünaslıq, folklor və ədəbiyyatşünaslıq və ədəbiyyatımızın nəzəri məsələlərinə həllinə yönəldilən tədqiqat əsərləri çox az olmuşdur. Bu baxımdan müdafiəyə təqdim olunan dissertasiya həm ədəbiyyatşünaslıq, həm də folklorşünaslıq cəhətdən orijinal səciyyəyə malikdir... Qeyd etməliyik ki, bu dissertasiyaya qədər yazılı ədəbiyyat və folklor mövzusunda müdafiə olunan əsərlədə folklordan istifadə deyilərkən, hər şeydən əvvəl, konkret folklor motivlərinin və ayrı-ayrı janrların sənətkarlar tərəfindən yaradıcı surətdə istifadə üsullarından bəhs olunmuşdur. Epik və ya lirik folklor ənənələri bu və ya başqa bir janrda bədii əsərin sənətkarlıq əmsalı kimi öyrənilmişdir. Məhz müdafiəyə təqdim olunan əsər bu məziyyətinə görə diqqəti daha çox cəlb edir... Qeyd etdiyimiz fəsillərin hər üçündə dissertantın təhlil üsulu, ayrı-ayrı problem məsələlərə münasibətində hiss olunur ki, Azərbaycan ədəbiyyatına müstəqil elmi fikri olan, nəzəri cəhətdən hazırlıqlı, tənqid etikasını gözləyən, cəsarətli ədəbiyyatşünas gəlir...
 
 
 
Vaqif Vəliyev,
 
filologiya elmləri doktoru,
 
professor
1987
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol