ASİF HACILI
Asif Abbas oğlu Hacıyev (Асиф Аббас оглы Гаджиев)

ASİF HACILI

 


Asif Hacılı (Asif Abbas oğlu Hacıyev) ədəbiyyatşünas, tənqidçi, folklorşünas, filologiya elmləri doktoru, professor, Azərbaycan Yazıçılar Birliyinin üzvü. Ədəbiyyat nəzəriyyəsi və poetika, mifologiya və folklorşünaslıq, müasir Azərbaycan və rus ədəbiyyatı, ədəbi əlaqələr üzrə tədqiqatlar aparır, tərcüməçiliklə məşğul olur, ədəbi-tənqidi məqalələrlə çıxış edir. Mifoloji təfəkkür fəlsəfəsinə, etnopoetik konseptlərə, tarixi poetikaya, bayatıların struktur-semiotik təhlilinə, müasir ədəbiyyatın mifologizmi probleminə, rus ədəbiyyatında islam motivlərinə, müasir ədəbi prosesə aid monoqrafiyaları və məqalələrı dərc olunub. Elmi fəaliyyətində Borçalı və Ahıska türkləri folklorunun və etnoqrafik materiallarının toplanması və tədqiqi xüsusi yer tutur.

ORTAQ SƏHİFƏLƏR:
http://nayveliler.tr.gg/
http://ahiskavatan.tr.gg/