ASİF HACILI
Asif Abbas oğlu Hacıyev (Асиф Аббас оглы Гаджиев)

Əli Şamil Hüseynoğlu

 
 Ali Şamil HÜSEYİNOĞLU

 AHISKALI HASTA HASAN VE ONUN YARATTIĞI ÂŞIK MEKTEBİ

ali-shamil - Aşıq Ürfaninin ömür yolu və şeirləri


Qaynaqlarda Çıldır,Axıska, Mesxetiya, cavaxetiya kimi qeyd olunan bölgənin folklorunun toplanmasında və çap etdirilməsində Azərbaycanlı araşdırıcılardan Asif Hacılının, Valeh Hacılının, Şurəddin Məmmədli Qarapapağın əməyi böyükdür. Valeh Hacılı (Hacılı,2005), Şurəddin Məmmədli Qarapapaq (Qarapapaq, 2000, 2004) əsərlərində Axıska mühitindən bəhs edərkən İrfanidən də söz açmışlar.
Asif Hacılı hazırladığı «Qəribəm bu vətəndə» (Hacılı, 1992:195) kitabında İrfanidən (o aşığın adını Ülfani kimi yazır) söz açmaqla yanaşı «Bu dərd məni öldürür» qoşmasını və Aydın Poladoğlu ilə birgə hazırladığı  «Axıska türk folkloru» (Hacılı,1992:195) antologiyasında isə «Bu dərd məni öldürür», «Qocalır» qoşmalarını çap etdirdi. Asif  Hacılının çap etdirdiyi «Bu dərd məni öldürür» şeiri İslam Ərdənər və İsgəndər Ağbabalının söylədiyi «Qədər» rədifli qoşmayla eynidir. Onu aşağıda veririk:
 
Ay ağalar, bu dərd məni öldürür,
Arayıb dərmanın bulana qədər.
Könül vaz keçmiyer əski yarından,
Çəkərəm həsrətin ölənə qədər.
 
Çeşmim yaşnan namə yazdım, gəl indi,
Əgər loğman isən dərdim bil indi,
Dəmir çarıx geydim, o da dəlindi,
Könül sevdigünü bulana qədər.
 
İrfanı deyər, bağınız talansın,
Həsrət qolum yar,  boynuna dolansın,
Sövdügüm, sen yar qədrini bilənsən,
Yarı canım getdi gülənə qədər.
 
 
 
 
 
 
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol