ASİF HACILI
Asif Abbas oğlu Hacıyev (Асиф Аббас оглы Гаджиев)

Ağbaba Avtandil

Ağbaba Avtandil.
Ağbaba-Çıldır aşıq mühiti. Bakı, Elm və təhsil, 2012. – 309 s.
http://anl.az/el/Kitab/2016/Azf-290898.pdf



Milli mustəqilliyimiz bir cox sahələrdə olduğu kimi, Azərbaycan şifahi xalq ədəbiyyatının oyrənilməmiş, daha doğrusu, oyrənilməsinə sərt yasaqlar və qadağalar qoyulmuş səhifələrinə işıq saldı. Bu baxımdan Axıska turklərinin folklorunun toplanması və nəşri yonumundə muəyyən işlər gorulmuşdur. Bu yonumdə prof. A.Hacılının xidmətləri xususilə vurğulanmalıdır. Alim kecən əsrin 80-ci illərindən başlayaraq həm Azərbaycan, həm də Turkiyə elmi mətbuatında bir sıra məqalə və monoqrafiyalar, etnoqrafik materiallar, folklor ornəkləri cap etdirmişdir. Axıska ellərinin tarixi, etnik mədəniyyəti, gorkəmli ziyalıları, saz-soz sənətkarları və s. haqqında qiymətli fikirlər soyləmişdir.
Prof. A.Hacılının “Qəribəm bu vətəndə (Axısqa turklərinin etnik mədəniyyəti)” kitabında bir sıra folklor ornəkləri və aşıq şeirləri ilə yanaşı, Ağbaba-Cıldır aşıqlarının yaradıcılığından da muəyyən numunələr toplanmışdır. Axıska mahalının tarixi, əhalinin etnik tərkibi, milli mədəniyyəti, adət-ənənəsi, məişəti və s. haqqında araşdırma aparan A.Hacılı 1986-1990-cı illərdəki fərdi etnoqrafik-folklor səfərləri ərzində topladığı şifahi materiallara, arxiv sənədlərinə əsaslanaraq bolgənin mənəvi dunyasından da ətraflı sohbət acıb. Mahalın aşıq muhitindən bəhs edən muəllif yazır: “Goycə, Borcalı ilə bərabər, Axıska-Cıldır mahalı da ozan-aşıq sənətinin ən ulu ocaqlarından olmuşdur... Ağlasığmaz soyqırımı, təqiblər icində Axıska elinin aşıq sənəti ozu indiyədək yaşaya bilmişdir” [səh. 71, 166].
Kitabda Ağbaba-Cıldır aşıq muhitindən verilən ornəklər “Ozan boyları” (səh. 166-181) və “El şairləri” (səh. 181-211) bolmələrində toplanmışdır. “Ozan boyları” bolməsinə “Əsli-Kərəm”, “Qurbani”, “Aşıq Qərib” və sair klassik xalq dastanlarından, eləcə də Aşıq Şenliyin “Lətif şah” dastanından secmə şeir parcaları, “Şenliklə Summaninin deyişməsi”, “Məhəmməd və Qızxatun”, “Qara sevda”, “Turkmən qızı” və s. rəvayətlər daxil edilmişdir. Muəllifin qeydinə gorə “numunələrin boyuk əksəriyyəti ilk dəfə cap olunur, qalanları isə orijinal variantlardır” [81, 167].
A.Hacılının “El şairləri” adlandırdığı bolmədə Ağbaba-Cıldır aşıqlarından Xəstə Hasanın, Aşıq Şenliyin, Aşıq Summaninin, Aşıq Əmrahın, Ulfəninin (Aşıq Urfani) və digər saz ustalarının poetik irsindən ornəklərlə yanaşı, Yunis İmrə, Dadaloğlu, Qaracaoğlan kimi sənətkarların da şeirləri verilmişdir.
Qeyd edək ki, son on beş ildə Axıska turklərinin ağız ədəbiyyatı numunələrinin toplanması daha intensiv xarakter almışdır. “Axıska turk folkloru” (1998), “Axıska turk folkloru” (2008) kitabları bu baxımdan əhəmiyyətlidir. Dissertasiyanın sonrakı fəsillərində həmin kitablarda toplanmış aşıq ədəbiyyatına dair materiallardan bəhs edildiyinə gorə qeydlərimizi bununla yekunlaşdırırıq.
Muəyyən tədqiqatlarda, antologiya və toplularda Borcalı aşıq muhitinin Ağbaba-Cıldır aşıqlarından bəziləri numayəndələri kimi təqdim və tədqiq olunur. Bu meyil ən cox ozunu Xəstə Hasan və Aşıq Şenliklə bağlı araşdırmalarda gostərir. “Borcalı folkloru” kitabının “Aşıqlar və el şairləri” bolməsində Xəstə Hasanın 5 şeiri verilmişdir [38, 176-178]. Aşıq şeirinin muxtəlif şəkillərində olan şeirlərdə aşığın əxlaqi-didaktik fikirləri, daxili duyğuları əks olunmuşdur.
Mənbələrdə Xəstə Hasanın doğum və olum tarixləri, anadan olduğu yer, poetik irsi haqqında bir sıra mubahisəli fikirlər movcuddur. Bu fikirlərin bəzilərinə folklorşunas V.Hacılar, Ə.Şamil və başqaları aydınlıq gətirsələr də, bəzi məsələlər hələ də qaranlıq olaraq qalır. A.Hacılı aşığın Darsel kəndindən olduğunu, XIX əsrin sonu, XX əsrin əvvəllərində yaşayıb yaratdığını gostərir.
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol