XX əsr - Təqdimat
Professor Asif Hacıyevin “XX əsr ədəbi düşüncələr tarixi” kitabının təqdimatı keçirilib
01.11.2018
Azərbaycan Universitetində prof. Asif Hacıyevin “XX əsr ədəbi düşüncələr tarixi” kitabının təqdimatı keçirilib.
Tədbiri giriş sözü ilə Azərbaycan dili və ədəbiyyat kafedrasının müdiri, dosent Ülviyyə Rəhimova açaraq kitabın Azərbaycan ədəbi və elmi mühiti üçün əhəmiyyəti haqqında məlumat verib. Kafedra müdiri bildirib ki, kitabda yer alan mətnlər müasir filoloq nəslinin yetişməsi üçün dəyərli elmi mənbədir. Ülviyyə Rəhimova kitabın ərsəyə gəlməsində böyük əməyi olan Azərbaycan Universitetinin rektoru Səadət xanım Əliyevaya təşəkkürünü bildirib.
Kitabın müəllifi, filologiya elmləri doktoru, professor Asif Hacıyev qeyd edib ki, uzun müddətli tədqiqat və axtarışların nəticəsi olaraq ortaya çıxan kitabda oxucuya XX əsr ədəbi prosesini səciyyələndirən ədəbi cərəyanlara aid manifest, konsepsiya və xatirələr təqdim olunub. Müxtəlif cərəyanlar üzrə qruplaşdırılmış mətnləri hər bir cərəyan haqqında şərh və qeydlər izləyir. Dərs vəsaiti kimi təqdim olunan kitabın Azərbaycan Universiteti tərəfindən nəşr olunduğunu diqqətə çatdıran müəllif universitet rəhbərliyinə, kitabın redaktoru və rəyçilərinə təşəkkür edib.
Azərbaycan Universitetinin professoru Qorxmaz Quliyev çıxşında bildirib ki, Azərbaycan ədəbiyyatı XIX əsrin ortalarından indiyə qədər 2 dəfə fors-major vəziyyətə düşüb. Birinci fors-major vəziyyəti XIX əsrin ortalarında Azərbaycanın Rusiya tərəfindən işğal edilməsinin ardından mədəniyyətimizin bölgə konteksindən çıxıb dünya mədəniyyətinə inteqrasiya olunması ilə bağlıdır. Qorxmaz Quliyev deyib: “Bu zaman biz hələ dünya mütəfəkkirlərinin və sənətkarlarının mətnlərini birbaşa qavramaq iqtidarında deyildik. Bunu dərk edən Mirzə Fətəli Axundov Avropa mədəniyyətini Azərbaycana ad və anlayış səviyyəsində gətirdi. Biz ilk dəfə Şekspirin, Molyerin, Volterin adlarını eşitdik, “Kritika” sözü ilə tanış olduq. Bundan əlavə M. F. Axundov Avropa ədəbiyyatına və fəlsəfi fikrinə xas olan və Azərbaycan gerçəkliyi üçün son dərəcə mühüm əhəmiyyət kəsb edən janrları ədəbiyyatımıza gətirdi. Söz və anlayış səviyyəsində mədəniyyətimizə verdiyi bu təkan C. Məmmədquluzadənin yaradıcılığı timsalında dünya ədəbiyyatının və mədəniyyətinin ən yüksək tələblərə cavab verən nümunələrinin yaranması ilə yekunlaşdı”.
Qorxmaz Quliyevin sözlərinə görə, ikinci fors-major durumu Azərbaycan mədəniyyətinin 70 il ərzində zor gücünə dünya mədəniyyətindən təcrid olunması ilə bağlıdır. Azərbaycanın müstəqilliyini bərpa etməsi ilə mədəniyyətimiz yenidən dünya mədəniyyətinə qovuşmaq imkanı əldə etdi. Məlum oldu ki, biz bir sıra sahələrdə misli görünməmiş dərəcədə geridə qalmışıq. İndi bu geriliyi ad və anlayış səviyyəsində aradan qaldırmaq mümkün deyildi. Təcili olaraq bu 70 il ərzində dünya mədəniyyətinin yaratdığı humanitar fikrə aid olan bütün mətnləri Azərbaycan dilinə çevirmək lazımdır : “Mən belə hesab edirəm ki, bu gün hər bir ziyalının əsas vəzifəsi alimlik deyil, maarifçiliklə məşğul olmaqdır. Biz artıq dünyanı “söz” səviyyəsində deyil, “mətn” səviyyəsində dərk etməliyik”. Qorxmaz Quliyev vurğulayıb ki, Asif Hacıyevin kitabı dünya mədəniyyəti nümunələrinin “mətn” formasında Azərbaycan oxucularına təqdim edilməsində ilk və mühüm addımdır.
AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutu Asiya xalqları ədəbiyyatı şöbəsinin müdiri, prof. Bədirxan Əhmədov qeyd edib ki, Azərbaycan Universiteti Azərbaycan dili və ədəbiyyat kafedrasının heyəti, keçirdiyi konfrans və tədbirlər, çap etdiyi kitablar ilə ölkənin filoloji mərkəzinə çevrilib. Qonaq çıxışında ədəbi – nəzəri fikrin nəzəri konsepsiyalarının Azərbaycan dilinə tərcüməsinin əhəmiyyəti haqqında danışıb və Asif Hacıyevin yeni kitabının bu baxımdan faydalı olmasını və yüksək qiymətləndirdiyini deyib.
Misir Ərəb Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin müdiri Əhməd Sami Elaydi Asif Hacıyevin əsərlərini yaxından izlədiyini diqqətə çatdırıb, tərcümənin xalqları və mədəniyyətləri yaxınlaşdırmaq kimi mütərəqqi roluna diqqət çəkib.
Tədbirdə digər çıxış edənlər də kitabın elmi mühit üçün əhəmiyyətini qeyd edib, müəllifə təşəkkür ediblər.
AU İctimaiyyətlə əlaqələr şöbəsi, 01.11.2018
http://au.edu.az/az/material/616/professor-asif-haciyevin-xx-esr-edebi-dusunceler-tarixi-kitabinin-teqdimati-kecirilib
Professor Asif Hacıyevin “XX əsr ədəbi düşüncələr tarixi” kitabının təqdimatı olub
01.11.2018
Bakı, 1 noyabr, AZƏRTAC
Azərbaycan Universitetində professor Asif Hacıyevin “XX əsr ədəbi düşüncələr tarixi” kitabının təqdimatı keçirilib.
Universitetdən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan dili və ədəbiyyat kafedrasının müdiri, dosent Ülviyyə Rəhimova kitabda yer alan mətnlərin müasir filoloq nəslinin yetişməsi üçün dəyərli elmi mənbə olduğunu söyləyib.
Kitabın müəllifi, filologiya elmləri doktoru, professor Asif Hacıyev qeyd edib ki, nəşrdə oxucuya XX əsr ədəbi prosesini səciyyələndirən cərəyanlara aid manifest, konsepsiya və xatirələr təqdim olunub. Dərs vəsaiti kimi təqdim edilən kitabın Azərbaycan Universiteti tərəfindən nəşr olunduğunu diqqətə çatdıran müəllif bu ali məktəbin rəhbərliyinə, kitabın redaktoru və rəyçilərinə təşəkkürünü bildirib.
Professor Qorxmaz Quliyev bildirib ki, Azərbaycan ədəbiyyatı XIX əsrin ortalarından indiyədək 2 dəfə taleyüklü hadisə ilə qarşılaşıb. Birinci vəziyyət XIX əsrin ortalarında Azərbaycanın Rusiya tərəfindən işğal edilməsinin ardından mədəniyyətimizin bölgə kontekstindən çıxıb dünya mədəniyyətinə inteqrasiya olunması ilə bağlıdır. Bu dövrdə Mirzə Fətəli Axundzadə Avropa mədəniyyətini Azərbaycana ad və anlayış səviyyəsində gətirib, oxucu ilk dəfə Şekspirin, Molyerin, Volterin adlarını eşidib, “Kritika” sözü ilə tanış olub. O, Avropa ədəbiyyatına və fəlsəfi fikrinə xas olan janrları ədəbiyyatımıza gətirdi. İkinci durum isə Azərbaycan mədəniyyətinin 70 il ərzində dünya mədəniyyətindən təcrid olunması ilə bağlıdır. Qorxmaz Quliyev deyib: “Azərbaycanın müstəqilliyini bərpa etməsi ilə biz yenidən dünya mədəniyyətinə qovuşmaq imkanı əldə etdik. Amma məlum oldu ki, bir sıra sahələrdə xeyli geridə qalmışıq. Lakin bu geriliyi ad və anlayış səviyyəsində aradan qaldırmaq mümkün deyildi. Təcili olaraq 70 il ərzində dünya mədəniyyətinin yaratdığı humanitar fikrə aid olan bütün mətnləri Azərbaycan dilinə çevirmək lazımdır”. Qorxmaz Quliyev vurğulayıb ki, Asif Hacıyevin kitabı dünya mədəniyyəti nümunələrinin “mətn” formasında Azərbaycan oxucularına təqdim edilməsində ilk və mühüm addımdır.
AMEA-nın Ədəbiyyat İnstitutunun Asiya xalqları ədəbiyyatı şöbəsinin müdiri, professor Bədirxan Əhmədov qeyd edib ki, bu ali məktəb, Azərbaycan dili və ədəbiyyat kafedrasının heyəti, keçirdiyi konfrans və tədbirlər, çap etdiyi kitablar ilə ölkənin filoloji mərkəzinə çevrilib. O, ədəbi–nəzəri fikrin nəzəri konsepsiyalarının Azərbaycan dilinə tərcüməsinin əhəmiyyəti haqqında danışıb, Asif Hacıyevin yeni kitabının bu baxımdan faydalı olmasını və yüksək qiymətləndirdiyini deyib.
Misir Ərəb Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin müdiri Əhməd Sami Elaydi Asif Hacıyevin əsərlərini yaxından izlədiyini diqqətə çatdırıb, tərcümənin xalqları və mədəniyyətləri yaxınlaşdırmaq kimi mütərəqqi roluna diqqət çəkib. Tədbirdə digər çıxış edənlər də kitabın elmi ictimaiyyət üçün əhəmiyyətini vurğulayıblar.
https://azertag.az/xeber/Professor_Asif_Haciyevin_XX_esr_edebi_dusunceler_tarixi_kitabinin_teqdimati_olub-1210630
"XX əsr ədəbi düşüncələr tarixi" təqdim olundu
525-ci qəzet
02.11.18
Noyabrın 1-də Azərbaycan Universitetinin müəllimi, ədəbiyyatşünas, professor Asif Hacılının "XX əsr ədəbi düşüncələr tarixi" xatirələr, manifestlər, konsepsiyalar kitabının təqdimat mərasimi keçirilib.
Azərbaycan Univeritetində baş tutan tədbiri giriş sözüylə universitetin Azərbaycan dili və ədəbiyyat kafedrasının müdiri, dosent, kitabın redaktoru Ülviyyə Rəhimova açıb.
O, universitetin Elmi Şurası tərəfindən dərs vəsaiti kimi təsdiqlənmiş toplunun elmi-ədəbi məziyyətlərindən danışıb, mənbə kimi xüsusi dəyər daşıdığını dilə gətirib: "Professor Asif Hacılının bu kitabının Azərbaycan oxucusu, xüsusən də ədəbiyyatşünaslar, filoloqlar, tədqiqatçılar tərəfindən yüksək qiymətləndiriləcəyinə, dəyərli mənbə kimi istifadə ediləcəyinə inanıram. Onun bu istiqamətdə gördüyü işlər təqdirəlayiqdir".
Ü.Rəhimova müəllifə bu cür elmi çəkisi olan əsərə görə təşəkkürünü bildirib, yaradıcılıq uğurları arzulayıb, yeni kitablar gözləntisini dilə gətirib: "XX əsr ədəbi düşüncələr tarixi" kitabı Azərbaycan Universitetinin vəsaiti hesabına nəşr olunub. Əslində, kitab çoxdan hazır idi. Sadəcə olaraq Asif müəllim təvazökarlıq edir, çapına tələsmirdi".
"Ümid edirəm ki, tələbələrimiz də kitabın əhəmiyyətini dərindən anlayacaqlar", - deyən kafedra müdiri çıxış üçün sözü kitabın müəllifinə verib.
A.Hacılı tədbir iştirakçılarına təşəkkürünü çatdırıb. Bildirib ki, kitab uzun iş prosesinin bəhrəsidir: "Kitabdakı materiallar, tərcümələr, tezislər, qeyd və şərhlər təxminən 10 ildən bəri hazırdır. Amma bu kimi işlərdə nöqtə qoymaq çətindir. Çünki hər dəfə nələrsə əlavə etmək lazım gəlir".
Müəllif nəşrin ərsəyə gəlməsi məqsədinə, adının seçilməsinə də aydınlıq gətirib: "Ədəbiyyat nə qədər ülvi sənət növü olsa da, cəmiyyətdən, həyatdan ayrılmazdır. Ümumi tarixdən, mədəniyyətdən, humanitar fikirdən doğur. Topludakı materiallarda XX əsrin mənəvi, ruhani, fəlsəfi təbəddülatını əks etdirməyə, keçən əsrin əvvəllərindən başlayan qaynar ədəbi həyat, müxtəlif ədəbi, dini cərəyanlardan, ədəbi məktəblərdən tutmuş struktualizm, poststruktualizm, dekonstruksiyaya qədər olan mövzuları əhatə etməyə, düşüncə ədəbiyyatına konseptual baxış sərgiləməyə çalışmış, apokalipsis və mədəniyyət, ölüm və mədəniyyət, din və mədəniyyət, sivilizasiya və mədəniyyət kimi fərqli yanaşmaları işıqlandırmışam".
Professor çıxışının sonunda kitabın ərsəyə gətirilməsində kömək göstərən Azərbaycan Universitetinə, rektor Səadət Əliyevaya, topluda əməyi keçən hər kəsə təşəkkürünü bildirib.
Kitabın rəyçisi professor Qorxmaz Quliyev deyib ki, Azərbaycan ədəbiyyatı XIX əsrdən bu yana iki dəfə fors-major vəziyyətlə qarşılaşıb: "İlk belə halı Mirzə Fətəli Axundov dəf etməyə çalışıb. XIX əsrin ikinci yarısına qədər ədəbiyyatımızın ancaq Şərqə çıxışı vardı. Görkəmli mütəfəkkirimiz müxtəlif mətnlərlə qərbə çıxış əldə etdi. Qərb düşüncəsini, ədəbi terminlərini, qərb dühalarını ölkə ədəbiyyatına gətirdi. Amma bunlara rəğmən ədəbi söz, mətn, nəsr yox vəziyyətindəydi. Onun flaqmanlığıyla sözün əsl mənasında böyük Azərbaycan ədəbiyyatı yaranmağa başladı. İkinci fors-major vəziyyət Sovet rejiminin ideologiyası ilə bərqərar oldu. Ədəbiyyatımızın dünyaya çıxışı bağlandı. Frans Kafka, Marsel Prust, Fridrix Nitsşe kimi söz ustaları, fəlsəfənin sütunları ilə tanış olmaq qeyri-mümkün idi. Adam tanıyıram ki, Nitsşenin kitabını oxumaq üçün Elmlər Akademiyasında kitabxanaçı kimi çalışıb, ordan alman mütəfəkkirinin kitabını oğurlayıb. Biz dünya ədibləriylə mətnlərlə yox, sadəcə sitatlar vasitəsilə tanış ola bilirdik. Müstəqillik illərindən sonra yenidən dünyaya açılmaq üçün fürsət əldə etdik".
Q.Quliyev deyib ki, artıq dünyanı sözlə qavraya bilmərik, çünki çox gecikmişik: "Dünyanı mətn şəklində qavramaq lazımdır. Təqdimatına yığışdığımız kitabın dəyərini hələ anlaya bilmirik. Bax, dünyanı mətnlə qavramaq üçün ən dəyərli mənbələrdən biri bu topludur. Bu, sadəcə yolun başlanğıcıdır. Görülməli çox işimiz, öyrənməli çox ədəbi material var. Asif Hacılının "XX əsr ədəbi düşüncələr tarixi" xatirələr, manifestlər, konsepsiyalar toplusu bu yolda mayak rolu oynayacaq. Bu gün alim yox, maarifçi olmaq lazımdır. Çoxu alim olmaq iddiasındadır, amma mətn olmadan alim olmaq mümkünsüzdür. Ədəbiyyatşünaslarımız, filoloqlarımızın görməli olduğu iş məhz budur. Asif Hacılı bir ədəbiyyatşünas kimi bunu çox gözəl anlayır və artıq bu istiqamətdə inamlı şəkildə irəliləyir. Buna görə dəyərli filoloqumuza yalnız təşəkkür etmək qalır".
Ədəbiyyatşünas alim, professor Bədirxan Əhmədli bildirib ki, Azərbaycan Universitetində zaman-zaman bu tip tədbirlərin, təqdimatların keçirilməsi onu göstərir ki, ali təhsil ocağı artıq filoloji mərkəzə çevrilməyə başlayıb: "Qorxmaz Quliyev Azərbaycan ədəbiyyatının fors-major vəziyyətindən danışdı. Mənsə ədəbiyyatşünaslığımızın fors-major halına toxunmaq istəyirəm. Hər gün elmi ədəbi məqalələr, monoqrafiyalar oxuyuram. Bu mətnlərdə hər hansı elmi, nəzəri fikrə rast gəlmək mümkünsüzdür. Hamısı publisistik yanaşmalardan ibarətdir. Elm faktlar, teoremlər, sübutlar tələb edir. Bütün bunlar onu göstərir ki, ədəbiyyatşünaslığımız Sovet dövründə qazanmış olduğu elmi istiqamətləri sürətlə itirməyə, publisistikanın bir qoluna çevrilməyə başlayır. Keyfiyyətdən daha çox kəmiyyətə önəm verilir".
Asif Hacılının görkəmli ədəbiyyat nəzəriyyəçilərindən olduğunu vurğulayan çıxışçı nəzərə çatdırıb ki, o, yanaşmalarında əsas istiqamət kimi Avropa ədəbiyyatşünaslığını götürür: "Düz olan da elə budur. Başqa yolumuz yoxdur. "Bizdə heç bir "izm" yaranmır. Bütün nəzəri postulatlar Avropadan gəlir. Bu cəhətdən Asif müəllimin fəaliyyətini keçən əsrin 40-50-ci illərindəki Mikayıl Rəfili, Əli Sultanlı kimi alimlərin fəaliyyəti ilə müqayisə etmək olar. Onlar da daha çox maarifçilik funksiyasını yerinə yetirirdilər. Bu mənada, Asif Hacılının sözügedən kitabı ali məktəblərdə, ədəbiyyatla məşğul olan qurumlarda maraqla qarşılanacaq. Müxtəlif "izm"lərin ortaya çıxarılmasında, onlara münasibətin formalaşmasında məhək daşı rolunu oynayacaq".
Misir Mədəniyyət Mərkəzinin rəhbəri Əhməd Sami Elaydi qeyd edib ki, bu tip kitabların ərsəyə gəlməsi müxtəlif xalqları yaxınlaşdırır, ədəbiyyatlar arasında körpü rolu oynayır, tədqiqat üçün obyektləri göz önünə gətirir. Kitabı vərəqləyəndə çox vacib ədəbi materialların, nəzəri biliklərin olması aydın görünür. Bu tip kitabları dərindən mənimsəməli, sonra yeri gələndə əxz etdiyimiz məlumatları tətbiq etməliyik".
Mərkəz rəhbəri Azərbaycan Universitetinin elmi fəaliyyətinə də toxunub. Bildirib ki, universitet həmişə sanballı tədbirlər, nəşrlərlə gündəmə gəlir, ölkənin elmi həyatına töhfələr verir.
Universitetin dosenti Fərhad Mədətov nəşrin faydasından danışıb: "Bu cür elmi nəşrlər ədəbiyyatla məşğul olanlara, alimlərə hava-su kimi lazımdır. Çünki alimlərimiz, ədiblərimiz bu kitabdan yola çıxaraq ədəbiyyatımızı, ədəbiyyat nəzəriyyəmizi daha da zənginləşdirə bilərlər. Kitab öz hərtərəfliliyi ilə seçilir. Təkcə mündəricata nəzər salanda hətta Azərbaycan ədəbiyyatında olmayan cərəyanlardan, ədəbi məktəblərdən söz açıldığı aydın olur".
Cavid QƏDİR

https://525.az/site/index.php?name=xeber&duzelis=0&news_id=109279#gsc.tab=0
Qaynaqlar:

http://tehsil-press.az/index.php?newsid=34190
http://azedu.az/az/news/7937
https://az.trend.az/azerbaijan/society/2974569.html
http://zirve.info/yeni-neshrler/4006-professor-asif-hacyevin-xx-sr-dbi-dnclr-tarixi-kitabnn-tqdimat-olub.html