ASİF HACILI
Asif Abbas oğlu Hacıyev (Асиф Аббас оглы Гаджиев)
ASİF HACILI
HƏYATI
FƏALİYYƏTİ
Elmi rəhbərlik və opponentlik
Konfranslar
Üzvü olduğu elmi-pedaqoji və ictimai qurumlar
Redaksiya heyətləri
Namizədlik dissertasiyası
Doktorluq dissertasiyası
BİBLİOQRAFİYA
Kitablar
Məqalələr
Dərslik və proqramlar
Redaktorluq və tərtib
Qəzet məqalələri və müsahibələr
Haqqında rəylər
KİTABLARI
Epik ənənə və müasir bədii nəsr
Qəribəm bu Vətəndə: Ahıska türklərinin etnik mədəniyyəti
Мифологизм и фольклоризм в современной прозе
Поэтика современной прозы. Вопросы мифологического и фольклорного генезиса
Теория литературы. Учебное пособие
Axısqa türk folkloru
Bayatı poetikası
Ahıska türk folkloru
Mifopoetik təfəkkür fəlsəfəsi
Русская проза. Вторая половина ХХ века. Опыт мифопоэтического толкования
Литература. Учебник для 8 класса азербайджанских школ с русским языком обучения
Литература. Учебник для 9 класса азербайджанских школ с русским языком обучения
Axısqa türk folkloru.
Qurani Kərim rus ədəbiyyatında
Ahıska türkləri: Vətən bilgisi
Kamal Abdulla: seçimin morfologiyası
Ədəbiyyatşünaslığın tarixi və metodologiyası
История и методология литературоведения
Rus Edebiyatında Kur'an-ı Kerim
Сетература: история, типология и поэтика русской сетевой литературы
Типология русской прозы рубежа ХХ и ХХI веков
Образовательная программа по литературе для школ АР с русским языком обучения
Urumlar: tarix və folklor
Axısqalı Aşıq Molla Məhəmməd Səfili
Ahıska türkləri: inanc dünyası
Ahıska türklərinin sürgün folkloru
Axısqalı şair Usta Mürtəz
Мифопоэтика русской прозы
XX əsr ədəbi düşüncələr tarixi
Русская сетевая литература
История и методология литературоведения. Саратов
Bayatı poetikası - 2
TƏRCÜMƏLƏRİ
AHISKA TÜRKLƏRİ
ƏSƏRLƏRİ HAQQINDA
Mirzə İbrahimov
Elçin Əfəndiyev
Cəlal Abdullayev
Qulu Xəlilov
Vaqif Vəliyev
Abdulla Abbasov
Mübariz Məmmədli
Telman Cəfərov
Mürsəl Həkimov
Süleyman Məmmədov
Məmməd Qocayev
Nərgiz Sadıxlı
Güllü Yoloğlu
İradə Qaracayeva
Şurəddin Qarapapaq
Arif Hacıyev
Akif Hüseynov
Xeyrulla Məmmədov
Nizami Cəfərov
Tofiq Hüseynov
Cavanşir Yusifli
İsrafil Abbasov
N.Rüstəmli
Р.Иноамходжаев, М.Х.Акбарова
С.З.Мирзаев, Б.У.Уринбаев, Б.Ю.Юлдашев
Е.Мамыраев, Ф.Фаткулин
Mavlud Faxratov
Mahmud Allahmanlı
Şahmuradov, Bayramov
Yunus Zeyrek
Mədət Çobanov
Sevil Piriyeva
Flora Naci
Rasim Şakirov
Muxtar Kazımoğlu
Heydər Orucov
Ramil Əliyev
Elçin Qaliboğlu
Harun Bozkurt
Kamal Abdulla
Novruz Novruzov
M.Allahmanlı
Fərid Hüseyn
R.M.Novruzov
Везир Касумов
Şirindil Alışanlı
Turan
Али Магомедов
Etimad Başkeçid
Арзу Гусейнова
Şahin Xəlilli
Г.П.Василенко
Nizami Tağısoy
Şeref Boyraz
Р.Валиев
Mətanət Maşallahqızı (Abbasova)
Иван Павлий
Т.Е. Игенбай
П.Петров
Asəf Orucov
Erol Cihangir
Sevinç Özarslan
S.Özarslan. „Asif Hacılı. Der Koran in der russischen Literatur“
Hüdavendgar Onur
Vasif Əlihüseyn
İsmail Demirçi
Nigar Veli Ramizkizi
Ağbaba Avtandil
Tehran Əlişanoğlu
Camal Mustafayev
Cəlil Cavanşir
ARKA KAPAK Kuran
Salidə Şərifova
Aynur İbrahimova
Камал Алиев
А.Г.Нестеров
Əli Şamil Hüseynoğlu
Türk Dünyasında Ayın Gündemi
Ali Mamedov, Kamal Aslanlı
ahıska.moy.su
Dürdanə Tahirli
Akademik Kitaplar, Kültür Sanat Kitapları
Sabir Efendigil
Ахмедов
Elxan Yurdoğlu
Rasim Ahıskalı
Aynur Qəzənfərqızı
Fərəh Cəlil
Лала Ахмедова
Ибрагим Сарваров
İbrahim Sarvarov
У.К. Абдыханов
В.И. Кравченко
Bəhram Səmədov
Nilufer Mutlu...
Sevnc Bağırova
Ədəbi düşüncələr tarixi
XX əsr - Təqdimat
Cavid Qədir
Терешкина Д. Б.
Səlidə Şərifova - 2018
Ким Лидия Родионовна
Сарин Лина
Светлана Бурцева
Şəbəkələrdən
Sərxan Xavəri
Суад Эфендиева
ƏSƏRLƏRİNƏ İSTİNADLAR
АСИФ ГАДЖИЕВ
FOTO-VİDEO
Borçalı: Sarvan
Abşeron
Naxçıvan
Şamaxı
Göyçay: Qaraman
İçərişəhər
İstambul
Bursa
Antalya
Kayseri
Tiflis
Makedoniya
İtaliya
Drezden
Volqoqrad
Göy-göl
Minsk
ƏLAQƏ
Sayaç
Cavid Qədir
"XX əsr ədəbi düşüncələr tarixi" təqdim olundu
525-ci qəzet
02.11.18
Noyabrın 1-də Azərbaycan Universitetinin müəllimi, ədəbiyyatşünas, professor Asif Hacılının "XX əsr ədəbi düşüncələr tarixi" xatirələr, manifestlər, konsepsiyalar kitabının təqdimat mərasimi keçirilib.
Azərbaycan Univeritetində baş tutan tədbiri giriş sözüylə universitetin Azərbaycan dili və ədəbiyyat kafedrasının müdiri, dosent, kitabın redaktoru
Ülviyyə Rəhimova
açıb.
O, universitetin Elmi Şurası tərəfindən dərs vəsaiti kimi təsdiqlənmiş toplunun elmi-ədəbi məziyyətlərindən danışıb, mənbə kimi xüsusi dəyər daşıdığını dilə gətirib: "Professor Asif Hacılının bu kitabının Azərbaycan oxucusu, xüsusən də ədəbiyyatşünaslar, filoloqlar, tədqiqatçılar tərəfindən yüksək qiymətləndiriləcəyinə, dəyərli mənbə kimi istifadə ediləcəyinə inanıram. Onun bu istiqamətdə gördüyü işlər təqdirəlayiqdir".
Ü.Rəhimova müəllifə bu cür elmi çəkisi olan əsərə görə təşəkkürünü bildirib, yaradıcılıq uğurları arzulayıb, yeni kitablar gözləntisini dilə gətirib: "XX əsr ədəbi düşüncələr tarixi" kitabı Azərbaycan Universitetinin vəsaiti hesabına nəşr olunub. Əslində, kitab çoxdan hazır idi. Sadəcə olaraq Asif müəllim təvazökarlıq edir, çapına tələsmirdi".
"Ümid edirəm ki, tələbələrimiz də kitabın əhəmiyyətini dərindən anlayacaqlar", - deyən kafedra müdiri çıxış üçün sözü kitabın müəllifinə verib.
A.Hacılı tədbir iştirakçılarına təşəkkürünü çatdırıb. Bildirib ki, kitab uzun iş prosesinin bəhrəsidir: "Kitabdakı materiallar, tərcümələr, tezislər, qeyd və şərhlər təxminən 10 ildən bəri hazırdır. Amma bu kimi işlərdə nöqtə qoymaq çətindir. Çünki hər dəfə nələrsə əlavə etmək lazım gəlir".
Müəllif nəşrin ərsəyə gəlməsi məqsədinə, adının seçilməsinə də aydınlıq gətirib: "Ədəbiyyat nə qədər ülvi sənət növü olsa da, cəmiyyətdən, həyatdan ayrılmazdır. Ümumi tarixdən, mədəniyyətdən, humanitar fikirdən doğur. Topludakı materiallarda XX əsrin mənəvi, ruhani, fəlsəfi təbəddülatını əks etdirməyə, keçən əsrin əvvəllərindən başlayan qaynar ədəbi həyat, müxtəlif ədəbi, dini cərəyanlardan, ədəbi məktəblərdən tutmuş struktualizm, poststruktualizm, dekonstruksiyaya qədər olan mövzuları əhatə etməyə, düşüncə ədəbiyyatına konseptual baxış sərgiləməyə çalışmış, apokalipsis və mədəniyyət, ölüm və mədəniyyət, din və mədəniyyət, sivilizasiya və mədəniyyət kimi fərqli yanaşmaları işıqlandırmışam".
Professor çıxışının sonunda kitabın ərsəyə gətirilməsində kömək göstərən Azərbaycan Universitetinə, rektor Səadət Əliyevaya, topluda əməyi keçən hər kəsə təşəkkürünü bildirib.
Kitabın rəyçisi professor
Qorxmaz Quliyev
deyib ki, Azərbaycan ədəbiyyatı XIX əsrdən bu yana iki dəfə fors-major vəziyyətlə qarşılaşıb: "İlk belə halı Mirzə Fətəli Axundov dəf etməyə çalışıb. XIX əsrin ikinci yarısına qədər ədəbiyyatımızın ancaq Şərqə çıxışı vardı. Görkəmli mütəfəkkirimiz müxtəlif mətnlərlə qərbə çıxış əldə etdi. Qərb düşüncəsini, ədəbi terminlərini, qərb dühalarını ölkə ədəbiyyatına gətirdi. Amma bunlara rəğmən ədəbi söz, mətn, nəsr yox vəziyyətindəydi. Onun flaqmanlığıyla sözün əsl mənasında böyük Azərbaycan ədəbiyyatı yaranmağa başladı. İkinci fors-major vəziyyət Sovet rejiminin ideologiyası ilə bərqərar oldu. Ədəbiyyatımızın dünyaya çıxışı bağlandı. Frans Kafka, Marsel Prust, Fridrix Nitsşe kimi söz ustaları, fəlsəfənin sütunları ilə tanış olmaq qeyri-mümkün idi. Adam tanıyıram ki, Nitsşenin kitabını oxumaq üçün Elmlər Akademiyasında kitabxanaçı kimi çalışıb, ordan alman mütəfəkkirinin kitabını oğurlayıb. Biz dünya ədibləriylə mətnlərlə yox, sadəcə sitatlar vasitəsilə tanış ola bilirdik. Müstəqillik illərindən sonra yenidən dünyaya açılmaq üçün fürsət əldə etdik".
Q.Quliyev deyib ki, artıq dünyanı sözlə qavraya bilmərik, çünki çox gecikmişik: "Dünyanı mətn şəklində qavramaq lazımdır. Təqdimatına yığışdığımız kitabın dəyərini hələ anlaya bilmirik. Bax, dünyanı mətnlə qavramaq üçün ən dəyərli mənbələrdən biri bu topludur. Bu, sadəcə yolun başlanğıcıdır. Görülməli çox işimiz, öyrənməli çox ədəbi material var. Asif Hacılının "XX əsr ədəbi düşüncələr tarixi" xatirələr, manifestlər, konsepsiyalar toplusu bu yolda mayak rolu oynayacaq. Bu gün alim yox, maarifçi olmaq lazımdır. Çoxu alim olmaq iddiasındadır, amma mətn olmadan alim olmaq mümkünsüzdür. Ədəbiyyatşünaslarımız, filoloqlarımızın görməli olduğu iş məhz budur. Asif Hacılı bir ədəbiyyatşünas kimi bunu çox gözəl anlayır və artıq bu istiqamətdə inamlı şəkildə irəliləyir. Buna görə dəyərli filoloqumuza yalnız təşəkkür etmək qalır".
Ədəbiyyatşünas alim, professor
Bədirxan Əhmədli
bildirib ki, Azərbaycan Universitetində zaman-zaman bu tip tədbirlərin, təqdimatların keçirilməsi onu göstərir ki, ali təhsil ocağı artıq filoloji mərkəzə çevrilməyə başlayıb: "Qorxmaz Quliyev Azərbaycan ədəbiyyatının fors-major vəziyyətindən danışdı. Mənsə ədəbiyyatşünaslığımızın fors-major halına toxunmaq istəyirəm. Hər gün elmi ədəbi məqalələr, monoqrafiyalar oxuyuram. Bu mətnlərdə hər hansı elmi, nəzəri fikrə rast gəlmək mümkünsüzdür. Hamısı publisistik yanaşmalardan ibarətdir. Elm faktlar, teoremlər, sübutlar tələb edir. Bütün bunlar onu göstərir ki, ədəbiyyatşünaslığımız Sovet dövründə qazanmış olduğu elmi istiqamətləri sürətlə itirməyə, publisistikanın bir qoluna çevrilməyə başlayır. Keyfiyyətdən daha çox kəmiyyətə önəm verilir".
Asif Hacılının görkəmli ədəbiyyat nəzəriyyəçilərindən olduğunu vurğulayan çıxışçı nəzərə çatdırıb ki, o, yanaşmalarında əsas istiqamət kimi Avropa ədəbiyyatşünaslığını götürür: "Düz olan da elə budur. Başqa yolumuz yoxdur. "Bizdə heç bir "izm" yaranmır. Bütün nəzəri postulatlar Avropadan gəlir. Bu cəhətdən Asif müəllimin fəaliyyətini keçən əsrin 40-50-ci illərindəki Mikayıl Rəfili, Əli Sultanlı kimi alimlərin fəaliyyəti ilə müqayisə etmək olar. Onlar da daha çox maarifçilik funksiyasını yerinə yetirirdilər. Bu mənada, Asif Hacılının sözügedən kitabı ali məktəblərdə, ədəbiyyatla məşğul olan qurumlarda maraqla qarşılanacaq. Müxtəlif "izm"lərin ortaya çıxarılmasında, onlara münasibətin formalaşmasında məhək daşı rolunu oynayacaq".
Misir Mədəniyyət Mərkəzinin rəhbəri
Əhməd Sami Elaydi
qeyd edib ki, bu tip kitabların ərsəyə gəlməsi müxtəlif xalqları yaxınlaşdırır, ədəbiyyatlar arasında körpü rolu oynayır, tədqiqat üçün obyektləri göz önünə gətirir. Kitabı vərəqləyəndə çox vacib ədəbi materialların, nəzəri biliklərin olması aydın görünür. Bu tip kitabları dərindən mənimsəməli, sonra yeri gələndə əxz etdiyimiz məlumatları tətbiq etməliyik".
Mərkəz rəhbəri Azərbaycan Universitetinin elmi fəaliyyətinə də toxunub. Bildirib ki, universitet həmişə sanballı tədbirlər, nəşrlərlə gündəmə gəlir, ölkənin elmi həyatına töhfələr verir.
Universitetin dosenti
Fərhad Mədətov
nəşrin faydasından danışıb: "Bu cür elmi nəşrlər ədəbiyyatla məşğul olanlara, alimlərə hava-su kimi lazımdır. Çünki alimlərimiz, ədiblərimiz bu kitabdan yola çıxaraq ədəbiyyatımızı, ədəbiyyat nəzəriyyəmizi daha da zənginləşdirə bilərlər. Kitab öz hərtərəfliliyi ilə seçilir. Təkcə mündəricata nəzər salanda hətta Azərbaycan ədəbiyyatında olmayan cərəyanlardan, ədəbi məktəblərdən söz açıldığı aydın olur".
Cavid QƏDİR
525-ci qəzet
02.11.2018
https://525.az/site/index.php?name=xeber&duzelis=0&news_id=109279#gsc.tab=0
Bu web sitesi ücretsiz olarak
Bedava-Sitem.com
ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol