ASİF HACILI
Asif Abbas oğlu Hacıyev (Асиф Аббас оглы Гаджиев)

Salidə Şərifova

Salidə Şərifova: Azərbaycan ədəbiyyatşünaslığı: əsas tədqiq obyektləri və tədqiqat istiqamətləri (2014-cü ilin materialları əsasında) - II Məqalə
 
http://zim.az/edebiyyat/266-salid-rifova-azrbaycan-dbiyyatnasl-sas-tdqiq-obyektlri-v-tdqiqat-istiqamtlri-2014-c-ilin-materiallar-sasnda-ii-mqal.html
 
 
 
Asif Hacılının “Ahıska türkləri: İnanc dünyası” monoqrafiyasında Ahıska türklərinin mifoloji təsəvvür və dini inanclarına toxunulmuşdur. Mifopoetik və dini məzmunlu folklor mətnlərini və ədəbi əsərlərdən nümunələri tədqiq edən, xüsusilə mərasim nümunələrini açıqlayan Asif Hacılının “Ahıska türkləri: İnanc dünyası” monoqrafiyasında Ahiska türklərinin 1944-cü ildə doğma yurdlarından zorən sürgün edilməsini təsvir edən, doğma yurdlarına qaytarılmamasının sürgün faciəsi və yurd həsrətini ifadə edən “vətən ağıtları”, “köç yırları”, “sürgün uzamları” kimi folklor janrlarının ümumiləşdirilərək sürgün folkloru yaratmasını tədqiq etmişdir. Kitabda Ahıska türklərin XII əsrdən dövlətçilik ənənəsi, yəni cənubi-qərbi Qafqazda “Kartveloba” (“Gürcüstan”) və “Didi Türkoba” (“Böyük Türküstan”) yaratmaları, Ahıska türklərinin fərdi və milli özünüdərki (türkəm, müsəlmanam), toplum, mərasim və dini adətlərə münasibətləri, Ahıska türklərində tapınca (məzar tapıncı (kultu), peglər (xarabalıq tapıncı), Xıdırəlləz kultu, Al arvadı kultu, nazar kultu, qurd tapıncı, agac tapıncı) haqqında məlumat verilir. Asif Hacılının “Urumlar: tarix və folklor” kitabında Urumların etnik kimlik məsələsi açıqlanmış, urumların sürgün edilməsi və assimilyasiya siyasətinə məruz qalması işıqlandırılmış, xristian urumların türk dili olması subuta yetirilmişdir. Kitabda tarixən Krımda yaşamış və 1778-ci ildə Ukraynanın Azov boyu ərazilərinə zorən sürgün edilmiş türkdilli urumların etnik kimliyi açıqlanır və urumların (türkdilli yunanların) öz dillərində folklor nümunələri təqdim edilir.
 
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol