ASİF HACILI
Asif Abbas oğlu Hacıyev (Асиф Аббас оглы Гаджиев)

Fərid Hüseyn

Yeni Nəşrlər
"Qurani-Kərim rus ədəbiyyatında"
 
Bakı Slavyan Universitetinin “Kitab Aləmi” Nəşriyyat-Poliqrafiya mərkəzində “Qurani-Kərim rus ədəbiyyatında” adlı kitab nəşr olunub. Kitabın müəllifi görkəmli ədəbiyyatşünas-alim Asif Hacılı, elmi redaktoru AMEA-nın müxbir üzvü, Bakı Slavyan Universitetinin rektoru, yazıçı Kamal Abdulladır. Kitabda rus ədəbiyyatının Quranla bağlı məqamları da qeyd olunub. Eyni zamanda, rusların türklərlə qaynayıb-qarışması, qədim türk dövlətlərinin Rusiya ərazisində hökmranlığı, Qurani-Kərimin Rusiyada yayılması haqqında maraqlı məlumatlar verilir.
L.N.Tolstoyun («Lütfən, mənə xeyirxah müsəlman kimi baxın»), A.S.Puşkinin («Gizli mağarada didərginlikdə, Mən şirin Quran oxuyuram»), İ.Buninin («Allahdan başqa Allah yoxdur, sirdən güclü güc yoxdur») fikirləri, Konstantin Balmont “Əl-qirə” surəsinin təfsiri olan “Zərbə”, N.Tixonovun “Əl-Qədr” surəsi əsasında yazılmış “İslam”, Danil Andreyevin Məhəmməd peyğəmbərin meracı haqqında yazdığı “Peyğəmbərlərin gümüşü gecəsi”, Semyon Lipkinin Qurani-Kərimin “Əz-Zilzal (zəlzələ) surəsindəki mənalar əsasında yazdığı “Quranı təqlid. 29-cu surə” şeirləri məni ruhən silkələdi. Bir şeyi çox aydınca gördüm ki, bizim öz poeziyamızda və nəsrimizdə dini mətn çatışmazlığı var.
Asif Hacılının bu kitabı son dövrlərin ən maraqlı tədqiqat əsərlərindən biri hesab edilə bilər. 
 Fərid Hüseyn,
23 Dekabr 2009, “Mədəniyyət” qəzeti
 http://medeniyyet.az/page/news/344/Yeni-Nesrler.html?lang=ru



Fərid Hüseyn
Şərq mədəniyyətinin Avropaya inteqrasiyası

...Şərq mədəniyyəti elm və sənət baxımından Avropaya yayıldığı kimi, dini dəyərlər də öz təsirini göstərib. Asif Hacıyev “Qurani-Kərim rus ədəbiyyatında” kitabında yazır ki, alman imperiyasının reyxskansleri Otto Bismark (1815-1898) deyib: ya Məhəmməd! Mən təəssüflənirəm ki, sənin müasirin olmamışam. Bəşəriyyət seçilmişi yalnız bir dəfə gördü və bir daha heç vaxt görməyəcək. Dərin ehtiramla sənin qarşında baş əyirəm”. Asif Hacıyev bu maraqlı tədqiqat əsərində Puşkini “Peyğəmbər” şeiri barədə yazır: “Bu şeirdə bir çox tədqiqatçıların göstərdiyi kimi “Fatir”, “Muddəssir” “Ələq”, “Qədr” surələrindən istifadə edilmişdir”. Bundan başqa Lev Tolstoyun “Lütfən, mənə xeyirxah bir müsəlman kimi baxın, onda hər şey yaxşı olacaq” sözləri dahinin bu mədəniyyətə və dinə olan inamının açıq təzahürüdür. Rusiyanın ilk Nobel mükafatçısı olan İvan Bunin rus şeiri tarixində birinci dəfə İslam şeirlər toplusunu (“İslam”) dərc etdirib. Onun İslamla bağlı “Kövsər”, “Əl-Qədr gecəsi” kimi dinin tərənnümünə əsaslanan şeirləri var.

Mədəniyyət, 26-02-2010
http://medeniyyet.az/page/news/17320/Serq-medeniyyetinin-Avropaya-inteqrasiyasi.html
 

 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol