ASİF HACILI
Asif Abbas oğlu Hacıyev (Асиф Аббас оглы Гаджиев)

Aynur İbrahimova


Aynur İbrahimova. Azərbaycan koroğluşünaslığı: tarixi və inkişaf mərhələləri. Bakı, Nurlan, 2014, 156 səh. - s.115-116

http://www.folklor.az/arasdirmalar/Aynur-Ibrahimova.doc

1990-cı illərdə Azərbaycan koroğluşünaslığında ilk dəfə morfoloji təhlil metodu əsasında da dissertasiya yazılıb. Lakin burada qeyd etmək lazımdır ki, «Koroğlu» eposuna morfoloji təhlil metodunun tətbiqi təcrübəsinə folklorşünaslığımızda hələ 1980-ci illərdə rastlanırıq. Sözü gedən tədqiqat – Asif Hacıyevin 1981-ci ildə dərc olunmuş «Koroğlu»nun morfologiyası ilə bağlı məqaləsi folklorşünaslığımızda dastan janrının morfoloji struktur təhlili sahəsində uğurlu cəhdlərdən biri kimi xüsusi dəyərə malikdir (66, 23-25). Həmin məqalədə araşdırmaçı eposun qol-süjetləri əsasında 7 funksiya və 27 situasiya müəyyənləşdirərək, onları əlifba sırası ilə işarələmiş, nəticədə «Koroğlu» qollarının A+B+V+Q+J+D+S şəklində ifadə oluna biləcək formulunu almışdır (66, 24). Burada:
A – təhlükəni;
B – təhlükənin məlum olmasını;
V – hadisə yerini;
Q – təhlükəni dəf edəni;
J – qəhrəmanın düşmənlə qarşılaşmasını;
D – təhlükənin dəf edilməsi yolunu;
S – sondakı yeniliyi işarələyir.
Tədqiqatçının qənaətincə, 7 funksiyadan ibarət strukturla 27 mütləq şəkildə dəyişən situasiya əsasında sonsuz miqdarda müxtəlif, bir-birini təkrar etməyən dastan, qol düzəltmək mümkündür (66, 24).
Lakin morfoloji tədqiqat metodunun «Koroğlu» eposuna geniş və monoqrafik səviyyədə tətbiqi, bundan 20 il sonra – 1990-cı illərin əvvəllərində gerçəkləşmişdir.

66. Hacıyev A. «Koroğlu» dastanının morfoloji strukturu // «Elm və həyat» jur., №1, 1981, s.23-25.

 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol