ASİF HACILI
Asif Abbas oğlu Hacıyev (Асиф Аббас оглы Гаджиев)

Telman Cəfərov

 
Mesxet türkləri haqqında tədqiqat
 
         SSRİ xalqları içərisində azlıq təşkil edən Mesxet türkləri öz acı taleyi, kasad qiyməti ilə fərqlənirlər. Sayı yarım milyona çatmış xalqın “vətənsizlik” dərdi, ata yurdundan qovulub gah ora, gah bura köçürülməsi, şübhəsiz, Mesxet türklərinə amansızlığıdır. Digər bir haqsızlıq da Sovet İttifaqında yaşayan türklərin tarixinin, maddi və mənəvi mədəniyyətinin, o cümlədən dilinin və s. yaxın yaxın zamanlara qədər diqqətdən yayınmasıdır. Fiziki cəhətdən böyük faciələrə məruz qalmış bu xalqa həm də mənəvi-psixoloji zərbələr endirilmişdir.
         Tarixi, mədəni və etnik qohumluq bir yana, bu iki xalq taleyin hökmü ilə Azərbaycanın bir sıra rayon və kəndlərindəbirgə yaşamalı olmuşdur.
         Bu gün Mesxet türklərinin öyrənilməsi sahəsində Azərbaycan ədəbiyyatşünaslığında ilk addımlar atılır. Gənc alim, filologiya elmləri namizədi Asif Hacıyevin Mesxet türklərinin folklorunu və digər mənəvi sərvətlərini toplayıb izləməsi faktı diqqətəlayiqdir.
         Türk Dünyası Araşdırmaları Vəqfinin (akademiyasının) orqanı olan “Türk dünyası araşdırmaları” məcmuəsi (İstambul, 1990-cı il, aprel) Asif  Hacıyevin 17 jurnal səhifəsi həcmində yazısını vermişdir. Bu əvəzsiz zəhmət Türkiyədə ciddi və hədsiz marağa səbəb olmuşdur.
         “Bütün ölkəyə səpələnmiş” xalqın dərdi ağılasığmaz dərəcədə böyükdür. Azərbaycan ədəbiyyatşünasının topladığı folklor nümunələrində bu böyük xalqın fəryadı, fəryadı, harayı eşidilir, birliyə çağırış duyulur.
         Bəzi türkülər, şarkılar Ermənistandan, doğma el-obasından qovulmuş azərbaycanlıların bugünkü qəmi, kədərilə üst-üstə düşür.
 
 
Nerdə kaldı o Zedibam dərəsi,
 
Eşidilməz suların şərşərəsi,
 
Yeşil, gözəl Arzurumun meşəsi.
 
Gəl, dönəlim o yerlərə, arkadaş.
 
         “Bəlkə bu yerlərə bir də gəlmədim” – deyən sənətkarın dərdi də “Kövlüm göyərçin oldi, Durmeyir yad Vətəndə” bayatısını çağıran türk övladının ağrısı qədər ölçülməzdir.
         Asif Hacıyev sovet türk folklorundan əski sözlər, nənnilər və oxşamalar, çocuq oyunu və sanamalar, şaşıtmalar, bulmacalar (tapmacalar), herslatmalar (acıtmalar) kimi nümunələri oxuculara təqdim edir. O həm də aşıq yaradıcılığı və .... şairlərinin sənətinə müraciət edir, türk coğrafiyurd adlarına, etnoqrafik mədəniyyətinə maraq göstərir.
         Bu xeyirxah və lazımlı işdə gənc alimə uğurlar arzulayırıq.
 
 
Telman Cəfərov
 
“Yeni fikir” № 12, 20 iyun 1990-cı il
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol